"Barselona"nı sabiq futbolçusu çalışdıra bilər

"Barselona" ilə yollarını ayıracaq Xavinin xələfinin kim olacağı sual doğurmaqdadır.

Sportline.az xəbər verir ki, klubun idman direktoru Deku daha iki namizədlə bağlı düşüncələrini bölüşüb.

"Tyaqo Motta İspaniyada işləmədiyindən onun fəaliyyətini elə də yaxından izləyə bilmirəm. Mən Rafael Markesin işini izləyirəm. Çünki o, burada işləyir. Markes inkişaf etməkdə olan gənc mütəxəssisdir", - deyə Deku "La Vanguardia"ya açıqlamasında bildirib.

Qeyd edək ki, vaxtilə "Barsa"nın formasını geyinən Farael Markes hazırda "Barselona Atletik"in baş məşqçisidir.