"Barselona"nın baş məşqçisinə 2 oyunluq cəza
“Barselona”nın baş məşqçisi Ronald Kuman cəzalanıb.
Sportline.az xəbər verir ki, niderlandlı mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub.
Kuman La Liqanın son turunda “Qranada” ilə görüş (1:2) zamanı baş hakim Pablo Fuertes tərəfindən texniki zonadan qovulub. Referi Kumanı dördüncü hakimə “tipə bax e” deməsinə görə cəzalandırıb.
Qeyd edək ki, mütəxəssis “Valensiya” ilə mayın 2-də və “Atletiko” ilə 8-dəki görüşlərində iştirak etməyəcək.