"Barselona"nın ÇL-də iştirakı sual altındadır
UEFA mümkün korrupsiya əməli ilə bağlı "Barselona"ya 70 sorğu göndərib.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, məsələ ilə əlaqədar komandanın UEFA Çempionlar Liqasında iştirakı sual altındadır.
Xatırladaq ki, Barselona prokurorluğu kluba qarşı İspaniya Futbol Federasiyasının texniki hakim komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrike Neqreyraya rüşvət verilməsi iddiası ilə iş başlayıb.
Onun klubdan 2001-2018-ci illər ərzində 7,3 milyon avro aldığı iddia olunur.
UEFA-nın iki inspektoru öz hesabatında sözügedən məsələyə görə "Barselona"nın bir mövsüm Çempionlar Liqasından uzaqlaşdırılması vacib sayıb.
Tam qərar yaxın günlərdə elan olunacaq.