"Barselona"nın ÇL üçün hədəfi

"Barselona"nın baş məşqçisi UEFA Çempionlar Liqası üçün hədəfi açıqlayıb.

Sportline.az xəbər verir ki, o, Mundo Deportivo nəşrinə açıqlamasında belə deyib: "Hazırkı hədəfimiz qrupdan çıxmaqdır. Sonrasına baxacağıq. Ötən mövsüm yaxşı oynasaq da, nəticələr qane etmədi. Sabah yeni yola çıxırıq. Vəzifəmiz 1/16 finala yüksəlməkdir".

Qeyd edək ki, "Barselona" В qrupunda "Antverpen", "Portu" və "Şaxtyor"la mübarizə aparacaq.

Kataloniyalılar ilk oyunu səfərdə "Antverpen"ə qarşı keçirəcəklər.