"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxdu
"Barselona"nın daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Sportline.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Xəbərə görə, Dani Alveş, Kleman Lanqlen və Xordi Albanın ardından Aleksandro Baldenin də testi müsbət nəticələnib.
Futbolçu dərhal evində karantinə alınıb.