"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxub

İspaniyanın "Barselona" klubunun daha bir futbolçusu koronavirusa yoluxub.

Sportline.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Martin Breytueytin COVID-19 testi pozitiv çıxıb.

31 yaşlı danimarkalı hücumçunun səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, ötən gün "Barselona"da Oskar Mingesada da infeksiya aşkarlanmışdı.

Banner