"Barselona"nın əfsanəsi qayıdır

"Barselona"nın sabiq kapitanı Andres İnyesta "Vissel Kobe"dən ayrılır.

Sportline.az xəbər verir ki, bu haqda Yaponiya klubunun rəsmi saytında məlumat yayılıb.

39 yaşlı yarımmüdafiəçi iyulun 1-də komandanın heyətində son oyununu keçirəcək.

Qeyd edək ki, 2018-ci ildən "Vissel Kobe"nin şərəfini qoruyan İnyesta Yaponiya kuboku (2019) və Super kubokunun (2020) sahibi olub.