"Barselona"nın əsas müdafiəçisi yenidən zədələndi

İspaniyanın "Barselona" klubunun aparıcı futbolçularından hesab edilən Jerar Pike yenidən zədələnib.

Sportline.az Kataloniya təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi "Sevilya"nı 3:0 hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə sıradan çıxıb.

İspaniyalı oyunçu sağ dizindən xəsarət alıb. Onun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Jerar Pike 2020-ci ilin noyabrından sağ dizindəki problemə görə oynaya bilməyib. Təcrübəli futbolçu fevralın 16-da Fransa PSJ-sinə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə yaşıl meydanlara qayıtmışdı. Kataloniya klubu həmin vaxt 1:4 hesabı ilə uduzub.