“Barselona”nın əsas transfer hədəfi “Arsenal”ın ulduz futbolçusudur
“Arsenal”ın müdafiəçisi Vilyam Saliba “Barselona”nın əsas transfer hədəflərindən birinə çevrilib.
Sportline.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Hansi Flick fransalı müdafiəçini şəxsən klubun ən yüksək prioritetli müdafiə hədəfi kimi müəyyənləşdirib və onun bu yay “Kamp Nou”ya transferi üçün ciddi səylər göstərir.
Bundan əlavə olaraq “Barselona” prezidenti Joan Laporta transferi reallaşdırmaq üçün bütün mümkün variantları nəzərdən keçirməyə hazırdır.
Klub rəhbərliyi Salibanı komandanın müdafiə xəttinə liderlik edə biləcək ideal mərkəz müdafiəçisi hesab edir.
İddialara əsasən, klub daxilində transfer müzakirələrinin əsas mövzusu məhz Vilyam Salibanın adıyla bağlıdır.
Qeyd edək ki, Salibanın dəyəri “Transfermarkt” portalına görə, 100 milyon avrodur.