"Barselona"nın Feliks niyyəti
"Barselona" hələ də Joau Feliksin transferini reallaşdırmaq niyyətindədir.
Sportline.az Sport.es nəşrinə istinadla xəbər verir ki, kataloniyalılar icarə əsasında komandanın formasını geyinən hücumçu ilə yola davam etməkdə qərarlıdırlar.
Baş məşqçi Xavinin Feliksin oyunundan narazı qaldığı haqda məlumatlar təsdiqini tapmayıb.
Klub rəhbərliyi 24 yaşlı futbolçunun istedadını nəzərə alaraq onun tranferini həyata keçirmək qərarı verib.
Qeyd edək ki, Feliks bu mövsüm meydana çıxdığı 21 oyunda 6 qol, 3 asist müəllifidir.