"Barselona"nın futbolçusu hədələrə məruz qalıb

"Barselona"nın müdafiəçisi Joau Konselu hədələrə məruz qalıb.

Sportline.az xəbər verir ki, o, PSL ilə uğursuz oyundan sonra azarkeşlərdən hədə və təhqir dolu mesajlar almaqdadır.

Onun sözlərinə görə, fanatlar futbolçunun sosial şəbəkə hesablarında ona və ailəsinə qarşı həqarət etməkdən çəkinmirlər. 

Qeyd edək ki, kataloniyalılar cavab matçında 1-4 hesabı ilə məğlub olmuşdular.

Qollardan bir isə, Konselunun qayda pozuntusundan sonra təyin edilən penaltidən vurulmuşdu.