"Barselona"nın futbolçusu üçün il başa çatdı
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen bu il meydana çıxa bilməyəcək.
Sport line.az xəbər verir ki, bu haqda İspaniyanın nüfuzlu AS nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, almaniyalı qolkiper hələ də belindəki ağrılardan əziyyət çəkir.
Zədə üzündən son üç oyunda komandasına kömək edə bilməyən futbolçu daha ciddi şəkildə müalicə almalıdır.
Yaxın həftələrdə ağrılar azalmasa onun əməliyyat olunacağı gözlənilir.