"Barselona"nın planı bilindi

"Barselona" Vitor Rokeni icarəyə göndərməyi planlaşdırır.

Sportline.az xəbər veror ki, kataloniyalılar yeni mövsümdə onun xidmətinə ehtiyac duymurlar.

Bu haqda nüfuzlu AS nəşri məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, 19 yaşlı hücumçu bununla razı deyil.

O, ya klubda qalacağını, ya da birdəfəlik başqa komandaya keçəcəyini deyib.

Qeyd edək ki, braziliyalı forvardın "Barselona" ilə2031-ci ilədək müqaviləsi var.