"Barselona"nın rəqibləri məlum oldu: "Real", "Yuventus", "Arsenal", "Milan"

"Barselona" mövsümöncəsi hazırlıq çərçivəsində ABŞ-da  matçlar keçirəcək.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, iyulun 22-də Kataloniya təmsilçisi Santa Klaradakı (Kaliforniya) "Levi's" stadionunda "Yuventus"la, iyulun 26-da isə İnqlvuddakı (Kaliforniya) "Sou-Fi" stadionunda "Arsenal"la qarşılaşacaqlar.

İyulun 29-da Arlinqtonda (Texas) "Barselona" - "Real" matçı keçiriləcək. El Klassiko 80 min nəfərlik AT&T Stadionunda keçiriləcək.

"Barselona"nın mövsümöncəsi son oyununda Nevada ştatının Paradise şəhərindəki "Allegiant" stadionunda  "Milan"la üz-üzə gələcək.