"Barselona"nın sabiq prezidenti hakimə pul ödədiklərini etiraf edib

"Barselona"nın sabiq prezidenti Sandro Rosel hakimlər komissiyasının keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya pul ödədiklərini etiraf edib.

Sportline.az xəbər verir ki, o, Marca nəşrinə müsahibəsində belə bir hal olduğunu bildirib: "Onun xidmətindən hakimlərin hesabatları üçün yararlanmışıq. Bu məqsədlə Neqreyraya 4000 avro ödəmişik. Onun məsləhətləri ilə penalti və qırmızı vərəqələrdən qaçmaq istəyirdik. Məncə burada elə bir qəbahət əməl yoxdur".

İttihama görə isə, klub 2001-ci ildən 2018-ci ilədək Neqreyraya 7, 5 milyon avro rüşvət verib. 

Qeyd edək ki, Rosel 2010-2014 mövsümlərində "Barselona"nın rəhbəri olub.