"Barselona"nın son qərarı

"Barselona" qapıçısı Mark-Andre ter Ştegenlə bağlı qərarını verib.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi alman qolkiperi satmayacaq. Bildirilib ki, nə "Barselona"nın  rəhbərliyi, nə də baş məşqçi Xavi oyunçu ilə ayrılmaq barədə düşünür. Ter Ştegen yeni mövsümdə bir nömrəli qapıçı olaraq qalacaq.

"Barselona" oyunçunun toxunulmaz olduğunu və ona inandığını bildirib. Kataloniya təmsilçisi ümid edir ki, Mark-Andre qarşıdakı mövsümdə ən yaxşı səviyyəsinə qayıdacaq. Bununla belə, klub  nə vaxtsa digər "Barselona"nın oyunçuları kimi ondan da  maaşının azaldılmasını tələb edə bilər.

Qeyd edək ki, "Barselona"nın Ştegeni satacağı barədə xəbərlər yayılmışdı.

Banner