"Barselona"nın transferinə mane olaan 18 saniyə...
"Barselona"nın direktoru Mateu Alemani "Los Anceles Qalaksi"dən müdafiəçi Julian Arauxonun transferinin rəsmiləşdirilməsiilə bağlı yaranan problemlərdən danışıb.
Sportline.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib: “Sistemdəki problemlə görə transferin rəsmiləşdirilməsinə cəmi 18 saniyə gecikdik. Baxaq, FİFA nə deyəcək”
Xatırladaq ki, Arauxo 2019-cu ildən “Los Anceles Qalaksi”nin əsas komandasında çıxış edir. 2022-ci il mövsümündə 21 yaşlı futbolçu MLS-də 31 oyunda meydana çıxıb, 1 qol vurub və 5məhsuldar ötürmə edib. 2021-ci ildən Araujx Meksika millisinə çağırılır.
Bundan əvvəl tərəflərin keçid şərtləri ilə bağlı tam razılığa gəldiyi bildirilib. Futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına kimi hesablanmışdı, lakin transfer pəncərəsi bağlandıqdan 18 saniyə sonra keçid reallaşıb. Ancaq transfer pəncərəsi bağlandığı üçün bu qeydə alınmayıb.