“Barselona”nın ulduzu: “Hər zaman keçəl olmaq istəmişəm”

“Barselona”da çıxış edən ispaniyalı futbolçu Pedri, maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, futbolçu 10 il sonra özünü necə görürsən sualına, “31 yaşında olacam. Özümü futbol oynayan bir keçəl olaraq görürəm. Hər zaman keçəl olmaq istəmişəm”, - deyə cavab verib.

Pedri 2019-2020 mövsümün əvvəlində “Las Palmas”dan “Barselona”ya transfer olunub.

Katalonların heyətində 133 oyuna çıxan 21 yaşlı futbolçunun aktivində 18 qol və 12 asist var.