"Barselona"nın ulduzu "Mançester Siti"nin hədəfində
“Barselona”nın gənc oyunçusu Ansu Fati "şəhərlilər"in maraq dairəsindədir.
Sportline.az "Footbal İnsider"ə istinadla xəbər verir ki, "Mançester Siti" Ansu Fati üçün “Barselona” ilə danışıqlara başlıyıb.
Kataloniya klubu sözügedən futbolçu üçün 90 milyon avro tələb edir.
Qeyd edək ki, Ansu Fati bu mövsüm La Liqada meydana çıxdığı 25 oyunda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.