"Barselona"nın ulduzundan şad xəbər

“Barselona”nın futbolçusu Usman Dembele zədəsini sağaldıb.

Sportline.az “Sport.es”ə istinadən xəbər verir ki, 23 yaşlı hücumçu hazırlıq prosesini davam etdirir. Onun dekabrın  29-da”Eybar”la matçda meydanda olacağı gözlənilir.

Qeyd edək ki, Dembele bu mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 4 qol vurub və 2 qolun ötürməsini verib.