"Barselona"nın yeni hədəfi
"Barselona" "Antverpen"in yarımmüdafiəçisi Artur Vermereni transfer edə bilər.
Sportline.az Mundo Deportivo nəşrinə istinadla xəbər verir ki, klub rəsmiləri bununla bağlı müzakirə ediblər.
Maraqlıdır ki, "Barsa" UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə məhs "Antverpen"ə qarşı oyunla başlayacaq.
Bu qarşılaşma futbolçunun imkanlarını nəzərdən keçirmək üçün əlverişli fürsət kimi qiymətləndirilir.
Qeyd edək ki, 18 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 20 milyon avrodur.