"Barselona"nın yeni hədəfi
"Barselona" Joau Kanselunun transferini həyata keçirmək istəyir.
Sportline.az xəbər verir ki, kataloniyalılar 29 yaşlı futbolçunun keçidi üçün "Mançester Siti"yə 25 milyon avro ödəməyə hazırdırlar.
Portuqaliyalı müdafiəçi də karyerasını İspaniyada davam etdirməyin əleyhinə olmadığını bildirib.
"Barsa" rəhbərliyi bu məsələni mövsümün sonuna saxlamaq niyyətində deyil.
Keçidi düyünə sala biləcək yeganə amil qiymətdir.
Mançesterlilər Kanselunu 50 milyon avrodan aşağı satmayacaqlarını bildiriblər.