"Barselona"nın yeni mövsüm üçün hədəfləri açıqlandı
"Barselona" yeni mövsümdə maksimum nəticələr uğrunda mübarizə aparacaq.
Sportline.az xəbər verir ki, bu haqda komandanın baş məşqçisi Xavi Diario Sport nəşrinə açıqlamasında məlumat verib: "Barselona" həmişə yüksək hədəflər uğrunda yarışıb. Bizdən çox şey tələb olunması normaldır. Bütün mümkün mükafatlar uğrunda mübarizə aparacağıq. Bura Çempionlar Liqası da daxildir. Bu turnirin qalibi olmağa çalışacağıq. Baxmayaraq ki, favorit sayılmırıq".
Qeyd edək ki, son mövsümdə İspaniya çempionluğu və ölkə kubokuna layiq görülən "Barselona" Çempionlar Liqasında mübarizəni qrup mərhələsində dayandırmışdı.