"Barselona"nın yeni transfer hədəfi

"Barselona" növbəti transferə hazırlaşır.

Sportline.az xəbər verir ki, katoloniyalılar, "Uotford"un futbolçusu Pervis Estupinonu heyətə qatmaq niyyətindədirlər.

Klubun ekvadorlu müdafiəçi üçün 10 milyon avro ödəməyə hazır olduğu bildirilib. "Barselona"nın 22 yaşlı oyunçunu transfer etdikdən sonra icarəyə vermək istədiyi bildirilib.

Qeyd edək ki, Pervis Estupinon hazırda icarə əsasında "Osasuna"da oynayır.