"Barselona"ya 1 qol bəs etdi
"Barselona" La Liqanın 21-ci turunda "Vilyarreal"ın qonağı olub.
Sportline.az xəbər verir ki, matç Kataloniya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Vilyarreal" - "Barselona" - 0:1
Qol:Pedro, 18
Bu qələbə ilə xalını 56-ya (21 oyun) yüksəldən Xavinin baş məşqçisi olduğu komanda 1-ci pillədə qərarlaşıb. "Real" 45 xalla (20 oyun) 2-ci, "Real Sosyedad" 39 xalla (20 oyun) 3-cüdür.