"Barselona"ya çempionluq yolunda ağır zərbə

"Barselona" La Liqada növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi 33-cü turda evdə "Qranada"nı qəbul edib. Qonaqlar gözlənilmədən səfərdə qalib gəlib - 2:1.

"Barselona" - "Qranada" - 1:2
Qollar:
 Messi, 23 (1:0), Maçis, 63 (1:1), Molina, 79 (1:2)

"Barselona" qələbə qazansa, lider "Atletiko" ilə xalını bərabərləşdirəcəkdi. Bu nəticədən sonra isə Ronald Kumanın komandası 71 xalla 3-cüdür. Eyni xalı olan "Real", 2-ci, "Atletiko" isə 73 xalla 1-cidir.