Baş hakimlə VAR hakimləriin danışığı yayımlanacaq
İspaniya Kral Futbol Federasiyası yeniliyə imza atacaq.
Sportline.az xəbər verir ki, artıq İspaniya çempionatının oyunlarından sonra baş hakimlə VAR hakimlərinin danışıqları ictimaiyyətə təqdim olunacaq.
Bu haqda federasiya ilə La Liqa arasında razılıq əldə edilib.
La Liqanın rəsmi saytında yayılan məlumata görə, danışıqlar hər oyun gününün sonunda yayımlanacaq.
İlk təcrübə çempionatın 20-ci turunda həyata keçiriləcək.