Baş məşqçi istefaya göndərildi

İspaniya La Liqasında yarışan "Selta" Eduardo Koudetlə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu haqda məlumatı Viqo təmsilçisinin mətbuat xidməti yayıb.

48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Eduardo Koudet 2020-ci ilin noyabr ayından "Selta"nı çalışdırırdı.

Komanda hazırda La Liqada 11 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

 

Resim