"Başakşəhər"də yeni baş məşqçi

"Başakşəhər"in yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az Türkiyə Superliqa klubunun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Okan Buruk təyin edilib. O, "Beşiktaş"a keçən Abdullah Avcını əvəzləyib. 45  yaşlı mütəxəssislə sabah rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Buruk ötən mövsüm "Çaykur Rizəspor"u çalışdırıb.