"Başakşəhər"in gözü o futbolçunun üzərindədir
"Başakşəhər" "Roma"nın özbəkistanlı hücumçusu Eldor Şohmurodov üçün təklif göndərib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
29 yaşlı futbolçu karyerası ərzində çıxış etdiyi 344 matçda 64 qol 38 asistlə yadda qalıb.
Qeyd edək ki, Şohmurodovun dəyəri "Transfermarkt" portalına görə, 5 milyon avrodur.