"Başakşəhər"lə "Trabzonspor"dan məhsuldar heç-heçə

Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, "Başakşəhər" evdə "Trabzonspor"la 2:2 hesablı heç-heçə edib.

Super Liqada turnir cədvəlinə 18 xalla "Alanyaspor" başçılıq edir. "Trabzonspor" 16 xalla 4-cü, "Başakşəhər" 15 xalla 6-cıdır.

"Başakşəhər" - "Trabzonspor" - 2:2

Qollar: Edin Vişça, 67, Martin Şkrtel, 78 - Deniel Starric, 61 (pen.), Aleksander Sörlot, 90+6