"Bavariya" almaniyalı stoperi heyətinə qatmaq istəyir

"Bayer"dən ayrılan almaniyalı stoper Conatan Ta karyerasını "Bavariya"da davam etdirə bilər.

Sportline.az "Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, Münhen klubu Conatan Tanı azad agent kimi heyətinə qatmağı düşünür.

29 yaşlı futbolçu ilə "Barselona"da yaxından maraqlanır. O, cari mövsüm çıxış etdiyi 49 matçda 4 qol 1 asistlə yadda qalıb.

Qeyd edək ki, Conatan Ta 2015-ci ildən "Bayer"də çıxış edir.