"Bavariya" "Bayer"in futbolçusunu transfer etdi

"Bavariya" "Bayer"in almaniyalı stoperi Conatan Tanı azad agent kimi heyətinə qatıb.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz sosial şəbəkə hesablarında paylaşım edib.

29 yaşlı müdafiəçi iyunun 1-dən etibarən "Bavariya"nın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Conatan Ta 2015-ci ildən "Bayer"də çıxış edirdi.