"Bavariya" "Liverpul"un futbolçusuna göz qoydu

"Bavariya"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Münhen klubu "Liverpul"un niderlandlı futbolçusu Kodi Qakponu heyətinə qatmağı planlaşdırır.

26 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avro olaraq təyin olunub. 

Qeyd edək ki, Kodi Qakpo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 18 qol 7 asistlə yadda qalıb.