"Bavariya" niderlandlı futbolçunun izinə düşüb

"Bavariya" "Liverpul"un niderlandlı futbolçusu Kodi Qakponu transfer etməyi planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda "Sky Sport De" məlumat yayıb.

26 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avrodur.

Qeyd edək ki, Münhen klubu bu məbləği ödəməyə hazırdır.

Qakpo ötən mövsüm meydana çıxdığı 49 matçda 18 qol 7 asistlə yadda qalıb.