"Bavariya" portuqaliyalı ulduzla maraqlanır

"Bavariya"nın yeni transfer hədəfi bəlli olub.

Sportline.az jurnalist Nikolo Şikiranın məlumatına istinadən xəbər verir ki, Münhen klubu "Milan"ın portuqaliyalı futbolçusu Rafael Leaonu heyətinə qatmağı düşünür. 

25 yaşlı sol cinah vingeri "Milan"dan ayrılmağa müsbət yanaşır. Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Leao ötən mövsüm meydana çıxdığı 50 matçda 12 qol 13 məhsuldar ötürmə ilə yadda qalıb.