"Bavariya" və "Arsenal" transfer yarışına girib

"Ayntraxt"ın futbolçusu Nataniel Braun Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.

Sportline.az xəbər verir ki, "Bavariya" və "Arsenal" 22 yaşlı sol cinah müdafiəçisini heyətinə qatmağı planlaşdırır.

Bu haqda "The Athletic" nəşri məlumat yayıb.

Qeyd edək ki, N.Braun bu mövsüm meydana çıxdığı 42 matçda 4 qol, 6 asistlə yadda qalıb.