“Bavariya”nı “Fənərbağça”ya dəyişə bilər

“Bavariya”nın almaniyalı yarımmüdafiəçisi Leon Qoretzka mövsümün sonunda klubdan ayrıla bilər.

Sportline.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Fənərbağça” Qoretzkanı transfer etmək istəyir.

30 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Qoretzka cari mövsüm çıxış etdiyi 40 matçda 5 qol 2 asist müəllifi olub.