“Bavariya”nın 1 nömrəli hədəfi

"Bavariya"nın əsas transfer hədəfi bəlli olub.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Münhen klubu PSJ-nin fransalı sol cinah vingeri Bredliy Barkolanı heyətinə qatmaq üçün hərəkətə keçib.

22 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 70 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Barkola ötən mövsüm çıxış etdiyi 58 matçda 21 qol 19 məhsuldar ötürmə müəllifi olub.