"Bavariya"nın futbolçusu klubu azad agent kimi tərk edəcək
"Bavariya"nın almaniyalı futbolçusu Leroy Sane mövsümün sonunda klubdan azad agent kimi ayrılacaq.
Sportline.az "Sky Sports DE"yə istinadən xəbər verir ki, "Arsenal" və "Çelsi" Saneni transfer etmək istəyən klubların siyahısında yer alır.
29 yaşlı futbolçu "Bavariya" ilə yeni müqavilə imzalamayacaq. O, cari mövsüm çıxış etdiyi 44 matçda 13 qol 6 asistlə yadda qalıb.
Qeyd edək ki, Leroy Sane 2020-ci ilin yayında "Mançester Siti"dən "Bavariya"ya 49 milyon avro qarşılığında transfer olmuşdu.