"Bavariya"nın Virts sevdası
"Bayer"in almaniyalı futbolçusu Florian Virts mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az jurnalist Saşa Tavolierinin məlumatına istinadən xəbər verir ki, "Bavariya" Virtsi transfer etməkdə israrlıdır.
22 yaşlı futbolçu üçün "Bayer" 125 milyon avro tələb edir. O, bu mövsüm iştirak etdiyi 44 matçda 16 qol 15 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Florian Virtsin Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.