"Bavariya"nın 1 nömrəli hədəfi bəlli olub

"Bavariya" yay transfer dönəmində "Bayer"in almaniyalı ulduz futbolçusu Florian Virtsi heyətinə qatmağı planlaşdırır.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, Münhen klubu Virtsin meneceri ilə təmas halındadır.

"Bayer"in rəhbərliyi 22 yaşlı futbolçu üçün 125 milyon avro tələb edir.

Qeyd edək ki, Florian Virts bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 16 qol 15 asistlə yadda qalıb.