“Bayer” “Fənərbağça”dan 40 milyon avro tələb edir
"Bayer"in nigeryalı forvardı Viktor Bonifeys "Fənərbağça"nın transfer gündəminə düşüb.
Sportline.az xəbər verir ki, bu haqda "Fanatik" qəzeti məlumat yayıb.
Bu keçid üçün "Bayer"in rəhbərliyi 40 milyon avro tələb edir.
Qeyd edək ki, V.Bonifeysin Leverkuzen klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.