"Bayer" Virtsə astronomik qiymət qoydu

"Liverpul"un əsas transfer hədəfi kimi "Bayer"in almaniyalı futbolçusu Florian Virts göstərilir.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "Bayer"in rəhbərliyi Virts üçün 150 milyon avro tələb edir.

22 yaşlı futbolçu "Liverpul"a transfer olmağa müsbət yanaşır. 

Florian Mersisayd klubunda 10 nömrəli forma altında çıxış etmək niyyətindədir.

Qeyd edək ki, gənc futbolçu ötən mövsüm çıxış etdiyi 45 matçda 16 qol 15 məhsuldar ötürmə müəllifi olub.

Oyunçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, "Liverpul"da 10 nömrənin sahibi argentinalı futbolçu Aleksis Mak Allisterdir.