"Bayer"dən Antoni həmləsi

"Bayer" yay transfer pəncəri dövründə heyətini gücləndirməyi planlaşdırır.

Sportline.az "Sun Sport"a istinadən xəbər verir ki, Leverkuzen klubunun baş məşqçisi Erik Ten Haq "Mançester Yunayted"in brazilyalı futbolçusu Antoni Santosu komandasında görmək istəyir.

25 yaşlı sağ cinah vingerinin dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avro olaraq qiymətləndirilir.

Futbolçu ötən mövsümü İspaniyanın "Real Betis" klubunda icarə əsasında keçirib.