"Bayer"dən yeni transfer həmləsi
"Bayer"in yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem Yunayted"in mərakeşli stoperi Nayef Aguerd "Bayer"in maraq dairəsinə düşüb.
29 yaşlı futbolçu üçün Leverkuzen klubu 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Nayef ötən mövsümü "Real Sosyedad"ın heyətində icarə əsasında keçirib.