"Bayer"in futbolçusu "Mançester Yunayted"in transfer siyahısında yer alıb
"Mançester Yunayted" "Bayer"in çexiyalı forvardı Patrik Şiki transfer siyahısına əlavə edib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
29 yaşlı forvardın Leverkuzen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Patrik Şik ötən mövsüm çıxış etdiyi 45 matçda 27 qol 1 asistlə yadda qalıb.