"Bayer"in yeni baş məşqçisi rəsmiləşdi
Almaniyanın "Bayer" klubunun yeni baş məşqçisi rəsmiləşib.
Sportline.az Leverkuzen klubunun rəsmi səhifəsinə istinadla xəbər verir ki, bu vəzifəyə Erik Ten Haq təyin olunub.
Onunla 2027-ci ilədək müqavilə imzalanıb. O, "Bayer"i "Real"a dəyişən Xabi Alonsonu əvəzləyəcək.
Qeyd edək ki, niderlandlı mütəxəssisin son iş yeri "Mançester Yunayted" olub.

