Belçikalı ulduz "Napoli"nin hədəfindədir
Belçikalı yarımmüdafiəçi Kevin De Brüyne gələn mövsümdən etibarən "Napoli" klubunda oynayacaq.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, məşhur futbolçunun üç illik müqavilə imzalayacağı bildirilir.
Futbolçu ilə klub arasında şəxsi razılıq əldə olunub.
Qeyd edək ki, Kevin De Brüyne 2015-ci ildən bəri "Mançester Siti"nin heyətində çıxış edir.