Bellingem: "Arda Gülər fenomendir"
"Real"ın ulduz futbolçusu Cud Bellingem ən yaxşı gənc oyunçu üçün təsis olunan Golden Boy mükafatına potensial namizədlərdən söz açıb.
Sportline.az xəbər verir ki, ingiltərəli futbolçu bu siyahıya Arda Gülərin başçılıq etdiyini bildirib.
"Üç nəfərin adını çəkə bilərəm. İlk növbədə Arda Gülər. O fenomendir. Onun necə məşq etməsindən zövq alırıq. Sonra mənim sabiq komanda yoldaşım Ceymi Bayno-Gittens. Nəhayət mənim qardaşım Cob", - deyə Bellingem Madrid Zone-yə açıqlamasında bildirib.
Qeyd edək ki, Bellingem Tuttosport-un təsis etdiyi Golden Boy mükafatının son laureatıdır.